RUSİYANIN KƏŞFİYYAT ŞEFİNİN OĞLU BAKIDA VƏZİFƏ ALDI – Foto

26-11-2017, 22:53           
RUSİYANIN KƏŞFİYYAT ŞEFİNİN OĞLU BAKIDA VƏZİFƏ ALDI – Foto
VTB Azerbaijan bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb. O, həmçinin Bank VTB-nin (Vneştorqbank – Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir.

Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur.

Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir, deyə məlumatda bildirilir.

Rusiyanın Vneştorqbank-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb. Bu yaxınlarda VTB ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib. (Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru