Dağlıq Qarabağ separatçılarından Azərbaycana qarşı təxribat - Tiflisdə

27-11-2017, 12:24           
Dağlıq Qarabağ separatçılarından Azərbaycana qarşı təxribat - Tiflisdə
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.

Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri - Samvel Davadyan da qatılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.