Adam öldürən icra başçısı müavininin oğlu cəzasını harda çəkəcək?

29-11-2017, 13:30           
Adam öldürən icra başçısı müavininin oğlu cəzasını harda çəkəcək?
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimxeber.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb. Məlumat üçün bildirək ki, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmə qərarı Şahmar İbadovun oğlu Elmir İbadovun sərbəst buraxılması anlamını verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru