Votsap bu mesajların göndərilməsini qadağan edəcək
18-01-2018, 10:08
Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta mesajların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Teleqarf.com "ICTnyus"a istinadən xəbər verir ki, istifadəçilərə mesajı göndərmə və ya qəbul etmə zamanı həmin mesajın artıq dəfələrlə yönləndirilməsi ilə bağlı xəbərdarlıq ediləcək. Söhbət, həmçinin Votsap messencerinin digər istifadəçilərini mesajı öz kontaktındakı bütün şəxslərə göndərməyə vadar edən mesajlardan gedir: "Rayonda dabaq epidemiyası tüğyan edir, təcili hər kəsi xəbərdar edin". Panikaya düşmüş insanlar belə saxta mesajları digər istifadəçilərə də göndərirlər.
Votsap messenceri vasitəsilə ildırım sürətilə yayılan belə saxta mesajlar ciddi təhlükə yarada bilər. Məsələn, Hindistanda iğtişaşlara səbəb olmuş belə saxta mesajlar nəticəsində xəsarət alan və ölənlər olub. Başqa bir ölkədə saxta mesajlar peyvənddən kütləvi imtinaya səbəb olub. Votsap messencerinə sahib “Facebook” şirkəti saxta mesajların aşkar edilməsi problem ilə ciddi məşğul olmağa başlayıb.