Rusiya baş nazirinin müavini Ermənistan hökumətinin rəhbəri ilə danışıqlar aparıb

26-01-2018, 08:30           
Rusiya baş nazirinin müavini Ermənistan hökumətinin rəhbəri ilə danışıqlar aparıb
Ermənistan hökumətinin rəhbəri Karen Karapetyan və rusiyalı baş nazirinin müavini Arkadi Dvorkovıç arasında danışıq olub.



APA-nın xəbərinə görə, görüş Davos Ümumdünya İqtisadi Forum çərçivəsində keçirilib.



Məlumata görə, tərəflər Avrasiya İqtisadi Birliyinin fəaliyyətini və Ermənistanda yaradılan azad iqtisadi zonada Rusiya sahibkarlarının və kapitalının iştirakını müzakirə ediblər.



Karen Karapetyanın sözlərinə görə, kənd təsərrüfatı, əsasən də heyvandarlıq sahəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib.



Qeyd edək ki, “Meqri” azad iqtisadi zonası Ermənistan-İran sərhədində dekabrın 15-də yaradılıb.



İstehsal ediləcək malları İran, AİB, Yaxın Şərq ölkələri və Türkmənistana ixrac etmək planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru