Corc Soros: Facebook və Google cəmiyyət üçün təhlükədir

26-01-2018, 08:44           

Facebook və Google sosial şəbəkələri cəmiyyət üçün təhlükə yaradır.

Trend-in məlumatına görə, bu barədə məşhur milyarder Corc Soros İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış zamanı deyib.

“Onlar həyasızcasına öz xidmətlərindən asılılıq yaradır. Bu cəmiyyət üçün, xüsusən də gənclər üçün ziyandır ”,- deyə vurğulayıb.

Bundan əlavə, biznesmen internet platformaları müştərilərinin bütün pullarını ələ keçirmək üçün müxtəlif vasitələrdən istifadə edən kazinolora bənzədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru