Mixeil Saakaşvili həbs edildi — Siyasətçinin taleyi həll edilir
27-01-2018, 00:36
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ev dustağı edilib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Kiyev Apellyasiya məhkəməsi qərar çıxarıb. Verilən qərara görə, M.Saakaşvili hava qaraldıqdan sonra yaşayış yerini tərk edə bilməz.
Onun barədə çıxarılan qərar M.Saakaşviliyə populyarlıq gətirə bilər. Bu barədə tanınmış rusiyalı siyasətçilər fikir bildiriblər. Ekspertlərə görə, hazırda Saakaşvilinin siyasi taleyi onun donorlarından və arxasında olanlara asılıdır.
Qeyd edək ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb. M.Saakaşvili ötən ilin sonlarında Kiyevdə mitinqlər təşkil edib.