Bu nazirliyin işçilərinin kütləvi ixtisarı ilə bağlı - AÇIQLAMA

27-01-2018, 00:24           
Bu nazirliyin işçilərinin kütləvi ixtisarı ilə bağlı - AÇIQLAMA
Bu barədə nazirlikdən məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, bu barədə nazirliyin Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı bəzi KİV-də yayılan məlumatla bağlı daxil olan sorğulara cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, "Baktelekom” ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir:

"Hazırda "Baktelekom”da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom”a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür”./bakupost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru