“Tramp bir zəngi ilə bu böhranı dərhal aradan qaldıra bilər” –Qətər nəhəng hərbi bazasını Amerika ordusuna verdi

31-01-2018, 09:02           

Qətər dövləti öz qapılarını ABŞ ordusunun üzərinə açır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətərin Müdafiə naziri Halid el-Atıyye açıqlama verib.

Bildirib ki, Qətər ABŞ-la razılaşmaya əsasən, "El-Udeyd" hərbi bazasını bir qədər də genişləndirəcəklər: "Bu hərbi bazada 2040 ABŞ hərbçisinin daimi qalması üçün hər cür şərait yaradılacaq. Burada ABŞ-ın hava qüvvələri ilə bərabər, dəniz qoşunlarının da gücü artırılacaq".

Nazir "Körfəz böhranı"na da toxunub.

Bildirib ki, bu problemi həll edəcək bir lider var: "Bu problemi həll edə biləcək yeganə lider ABŞ prezidenti Donald Trampdır. O, bir telefon zəngi ilə bu böhranı dərhal aradan qaldıra bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru