Ermənilərdən Saakaşviliyə qarşı gözləmədiyi addım - ANLAŞILMAZLIQ

31-01-2018, 10:15           
Ermənilərdən Saakaşviliyə qarşı gözləmədiyi addım - ANLAŞILMAZLIQ
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Ermənistanda planlaşdırılan kitab təqdimatı mərasimi ləğv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Yerəvan şəhərində keçirilməli olan “Gücün oyanması” adlı kitabın təqdimatının təxirə salınması ilə bağlı 2 versiya səsləndirilir.
Belə ki, tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən verilən açıqlamaya görə, təqdimat texniki səbəbdən ləğv olunub. Lakin bunun yalan olduğu deyilir.
Qeyri-rəsmi olaraq isə bildirirlər ki, bunun arxasında siyasi səbəblər dayanır. Məlumata görə, Mixeil Saakaşviliyə qarşı təqiblər onun kitab təqdimatına da təsir edib.
Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib. “Gücün oyanması” adlı kitabın təqdimatının fevralın 7-də keçiriləcəyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru