Dustaqlardan özgürlüyə, siyaməkin izində - kiyumərs islami
31-01-2018, 12:06
"Vətən mənə oğul desə nə dərdim Mamır olub qayalarda bitərdim" (məmməd araz).
Siyamək kimdir?
Uzun illərdir ki, faşist imperiyalar yönündən soyqırım edilmiş, talan olmuş, didərgin və sürgün düşmüş elimiz və millətimizin azadlığı yolunda qutlu yola ayaq basmışdılar atalarımız və indiyə dək də böyük uğurlarla davam etməkdədir. əlbəttə ki, uzun yoldur, zəhmət istəyir, göz qırpmadan çalışmaq istər, igid ürəklər, ayıq beyinlər və inanc lazımdır. Günümüzdə və neçə illər boyu ayıq vicdan və saf-sadiq millətimizin və vətənimizin özgürlük yolunda çalışan insanlarımızdan biri siyamək mirzayi'dir. Orta təhsilat dönəmində, ali təhsilatında, doğma şəhəri muğanda ve eləcə də başqa güney azərbaycan şəhərlərində çeşidli mədəni yollarla ayıq millətimizin əsil anlamda fars şovinizminiz qarşısında oyanmağına və yurdumuzun azadlığına çalışmışdır. O qədər zalimlər gözünə ox kimi sancılmış ki, indi igidcəsinə dustaqda yenə yorulmadan çalışmaqdadır. Doğal olaraq hər yolda bir sıra əngəllər olur, zindan və dustaq biz özgürçülərə əngəl deyil, bəlkə yol verən bir vüsal körpüsüdür. Bizə əngəl olan öz içimizdən dimdiklərinə vurğun olub və o dimdikləri ilə quş kimi hakimiyyətin toruna düşənlərdi və bizdə kəsin olaraq onların qarşısında durub və diz çökdürəcəyik. Necə ki, siyamək yoldaşımız dustaqla əyilmədi və əksinə olaraq igidliklə və haqqı savunaraq dönələrcə zalimlərə diz çökdürdü. Siyamək budur dostlar, igidlik ülgüsüdür. Bu qısa yazıda isə siyaməkin izində olan vətən sevərlik, düşüncə, dustaq və özgürlüklə bağlı bir neçə izahat verəcəyik. Qövmiyyətçilik, milliyyətçilik və millətçilik nədir? Öncəliklə qövmiyyət, milliyyət və millət anlayışının keyfiyyət fərqlərindən danışaq. Təbi ki, biz bu qonuya azərbaycan türk toplumu çərçivəsindən baxacayıq. Çünkü fərqlı yerlərdə bu hal ictimayi-siyası gedişlərlə uyğun dəyişə bilər. Genəl qəbul olunmuş fikir olaraq məhəmməd əmin rəsulzadənin "milli dirlik" etnik birliklərin üç qatlı bir oluşum olaraq onların ictimayi fərqləri verilmişdir. M.ə. Rəsulzadənin düşüncəsinə görə, qövmiyyət yalnız nəsil və dil birligini ihtiva edir. Yəni bir ata-babadan yaranan və bir dildə danışan kiçik bir tayfa qövmiyyət anlamını aid etmək olar. Milliyyətdə isə artıq qan qohumluluğu amili öz önəmini itirir, dil və mədəniyyət birligi önəmsənilir. Millətə gəlincə isə millət, dil, adət və ənənə, tarix və inanc birliginin toplantısıdır (çingiz çağla; azərbaycanda siyasət və millətçilik). Bu anlayışları onların daşıdığı anlamı sözlə ifadə etsək və peşə, yolçuluq və inanc bildirən şəkilçi əlavə etsək qövmiyyətçi, milliyyətçi və millətçi sözləri ortaya çıxacaq. O zaman hansı doğrudur? Bəzən biz hansını etdigimizi bilmirik və ya etdigimiz işin səviyyəsini bilsək belə adını doğru düzgün ifadə etmirik. Dövləti olan və geniş dövlət ideasının- turan, bütöv azərbaycan- daşıyıcısı olan şəxs milliyyətçi ola bilməz. Bu anlamda ki, bu bilim yöndən doğru sayılmır. əslində Özünü millətçi adlandıra bilər. Millət sözü milliyyət sözündən daha geniş və böyükdür. Bu haqda m.ə. rəsulzadə qeyd edir ki, millət, milliyyət öyələrinin çoxunun öz mədəni və milli dirliginin dərk zaman yaranır. Birdə qeyd edir ki, "toplum yalnız dövlət olmaq əzmini göstərdigi və bunda israr etdigi zaman millət olur." Beləliklə, İsarətdə olan toplum ilk öncə özünü isarətdən və zülümdən azad etməlidir və bağımsızlığa gedən yolda təbi ki dustaqlıq vardır çünkü, zalimin işkəncədən başqa zülümdən başqa heç bir çarə yolu yoxdur buna görə ki, bilimsiz, təməlsizdir və yalnız mənfəət tələbi var onda və məhv olmağa layiqdir. Özgürçülərsə inancla irəliləyirlər və buna görədə işkəncələrə dayanaraq savaşırlar. Bu gün siyamək mirzayı milliyyətçiliginə və onun təməlində dayanan inancına dayanaraq dustağa alınır, neçə aylar istiqamətdən sonra dustaqdan mesaj göndərərək sayın canab abbas lisaninin (güney azərbaycanın böyük özgürçü mubarizi) sözünü təkrar təkid edərək söyləyir ki, "mubarizə dustaqla tükənmir, bəlkə başqa bir faza və mühitə keçilir." yəni budur qutsal ruh və qutsal inanc. Yolumuzda əngəl olan dustaqlıqlar deyil dedik. əngəl olan nəsnə hakimiyyətə yem olanlardır yəni satqınlar və zalimlə bur xətdə yol gedənlərdir. Hətta bugündə dustaqda olan siyamək mirzayini və onun qutsal yolun acımasızcasına, vicdansızcasına təxribə çalışanlar var. Demək lazımdır ki, o təxribə çalışanlar hakimiyyət deminə aldanıblar və tora düşüblər... Eldə bir məsəl var- "quş dimdigindən tora düşərdüşər" deyirlər. Yəni quş ovlananda heç kim onun dimdigi ilə qarmaq salmır. Dənə-yemə aldanan quş tora düşər anlamını daşıyır bu məsəl. Buda yalnız indi deyil ayrı-ayrı çağlarda özünün mubarizə yoluna, eləcə də bir-birinə xəyanət edib "dimdigindən tora düşənlər" (hakimiyyətin yeminə, yemləməyinə satılanlar) görünüb keçmişdən bu günə qədər və eləcə də bunların peşmanlıqlarıda görünüb. Ancaq yerində yolunda inancında dim-dik saf-sadiq və igidliklə duran siyamək mirzayiləridə görür zaman. Son söz: Siyaməkin yolu və izi və eyni halda dustaqlıqlardan eşidilən səsi özgürlük səsidir, vətən səsidir və əlbəttə mubarizə səsidir. Güneyin boğazındaki hayqırış səsinin dügünlərini açan özgürlük pəncəsidir. Siyamək vətən sevərdir onun ürəyi yurd və azadlığa döyünür. Qısacası mənim ən doğru yol göstərənimdir.
teref.az