Bitkoin yenidən 10 min dolları keçdi: KRİPTOVALYUTA BAZARI

1-02-2018, 11:22           

Dünyanın kriptovalyuta bazarında bahalaşma davam edir.

FED.az xəbər verir ki, son sutka ərzində əsas virtual valyutalar yenə də bahalaşmağa başlayıb. Fevralın 1-nə olan nəticələrə görə, əsas kriptovalyutaların yalnız 13-nün qiymətində ucuzlaşma müşahidə olunur.

Digər 87 kriptovalyuta isə bahalaşmağa başlayıb. Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 215 dollar və ya 2,1% bahalaşaraq 10 min 179 dollara yüksəlib.

Son bir həftə ərzində isə bitkoin 1390 dollar və ya 12% ucuzlaşıb.

Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 76 dollar və ya 7,1% bahalaşaraq 1145 dollar olub.

Son həftə ərzində isə etherium 54 dollar və ya 4,9% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru