Vəkillərlə bağlı məsələdə problem var- vitse-spiker

1-02-2018, 15:53           

Deputat Qüdrət Həsənquliyev vəkillik fəaliyyəti üçün tələb olunan 60 balın 50 bala endirilməsi təklifini irəli sürüb.

O, parlamentdə çıxışında deyib ki, bu məsələdə xeyli problemlər var: “Bu yaxınlarda imtahan da keçirildi. Çox adam imtahandan keçə bilmədi. Ona görə “Vəkillər və vəkillik fəaliyyət haqqında” yeni qanun qəbul olunmalıdır. Həmçinin biz aidiyyatı qurumlar qarşısında vəkillik fəaliyyəti üçün tələb imtahan balının 60 –dan 50-yə endirilməsi məsələsini qaldıraq”.

Birinci vitse-spiker Ziyafət Əsgərov da deputatın çıxışına münasibət bildirib. O qeyd edib ki, vəkillərlə bağlı məsələdə problemlər var: “Azərbaycanda vəkillərin sayı Avropa ölkələri ilə müqayisədə xeyli azdır. Ancaq biz imtahan balını 60-dan 50-yə endirsək, sabah deyəcəklər ki, indi də 40 -a endirək. 60 balı toplamaq o qədər çətin deyil. Oturub oxumaq və məşğul olmaq lazımdır ki, imtahan verə biləsən. Çünki gələcəkdə müvəkkilinə keyfiyyətli hüquqi yardım etməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru