"Müharibə başlasa, əlimdə silah ön cəbhəyə getməsəm bu torpaqda yaşamaq mənə haram olsun!"
2-02-2018, 07:37
Əziz dostlar, mən heç nədən və heç kimdən qorxmuram! Bundan başlayım. Özüm keçmiş hərbi qulluqçu və zabitəm. Məsələ nədir. Mən təsadüfən Sacred Armenia adlı ermənilərin bir səhifəsinə baxdım və orada 70-ci illərdə ABŞ-da Türkiyə səfirliyinin iki əməkdaşını öldürən terrorçunun qəhrəman kimi öyülməsinə, mənsub olduğum Uca Türk millətinin ünvanına olan təhqirlərlə rastlaşdım. Onlara cavab verməyi özümə borc bildim.
Eyni zamanda prezidentimizin ünvanına xoşagəlməz fikirlər yazılmışdı və bir Azərbaycan vətəndaşı kimi prezidentinin haqqında mənfur düşmənlərin yazdığı böhtana cavab verməyi də özümə borc bilirəm. Erməni haranın itidir ki, mənim ölkə başçıma söz desin?! Bundan sonra bu mənfur ermənilər mənə təhqirlər yağdırmağa, mesencerdə hədə qorxu yazmağa, səs göndərməyə və öldürməklə hədələməyə başladılar. Təbii ki, cavablarını aldılar. Rusiyada yaşayanlar əsasən də.
Amma hər halda bu vəhşiləri dünyaya tanıtmaq lazımdır. Bununla bağlı onların adlarını Rusiyanin Bakıdakı səfirliyi vasitəsilə və ya birbaşa Rusiya Federal Təhlükəsizlik Xidmətinə müraciət etməyi düşünürəm. Müharibə başlasa, əlimdə silah ön cəbhədə getməsəm bu torpaqda yaşamaq mənə haram olsun! Bu əclafların yazdıqlarında öz millətlərinin qadınlarına layiq təhqirlər olduğu üçün yazışmanın bəzi yerlərini kəsmişəm.
Nəzakət Məmmədova, politoloq