Bu, İrəvana ciddi xəbərdarlıqdır - Erməni ekspert

2-02-2018, 09:09           

“Kreml hesabatı” Ermənistan elitası üçün həyəcan təbili olmalıdır.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni siyasi ekspert Aqasi Yenokyan söyləyib.

“Bu siyahıda təkcə Samvel Karapetyanın yox, digər erməni oliqarxların - Daniil Xaçaturov və Sergey Qalitskinin (Arutyunyan) də adları var. Lakin bizim əsas həyəcanımız Samvel Karapetyanla bağlıdır. Bu təkcə bizim onunla etnik bağlarımızın olması baxımından deyil. Karapetyan Ermənistana Kreml tərəfindən kurator təyin edilib. Karapetyanın adının siyahıda olması Ermənistan üçün ciddi xəbərdarlıqdır. Bu siyahı vasitəsilə buradakı insanların bütün kontaktlarını şübhə altına almaq üçün əsas yaradılır. Buna görə də ölkənin siyasi və biznes elitası təhdid altındadır”, - Yenokyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru