İrəvanın möcüzəvi “iqtisadi artımı”nın sirri açıldı

4-02-2018, 10:44           

Ermənistanın iqtisadi artımında ölkəyə kənardan göndərilən pullar rol oynayıb.

Axar.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

“İqtisadi artım keçən il 7,7% təşkil edib və hökumət hər addımında bu uğuru ilə fəxr etdiyini göstərməyə çalışır. Lakin iqtisadi artımda böyük rolu Ermənistana xaricdən göndərilən pulların oynadığı üzə çıxıb. Bu, son illər Ermənistan iqtisadiyyatında əsas hərəkətverici qüvvədir. Mərkəzi Bankın göstəricilərinə əsasən, 2017-ci ildə Ermənistandakı fiziki şəxslərə 1,756 milyard pul göndərilib. Keçən il bu rəqəm 1,532 milyard dollar təşkil etmişdi. Bu pulun 1,064 milyardlıq hissəsi Rusiyadan, 183 milyon dollarlıq hissəsi isə ABŞ-dan göndərilib. Əgər bu pullar olmasaydı, görəsən, hökumət iqtisadi artımı qeyd edə bilərdimi?” – deyə qəzet bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru