Keçmiş OMON-çular da əfv oluna bilərlər

6-02-2018, 10:13           
Keçmiş OMON-çular da əfv oluna bilərlər
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov ötən həftə Milli Məclisin plenar iclasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyəti ili” olmasından danışarkən amnistiya aktından da söz açıb.

“Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”.

Modern.az saytı YAP rəsmisi Siyavuş Novruzovun təklifi ilə bağlı OMON-çuların Hüquqlarının Müdafiə Komitəsinin sədri Famil Süleymanovla əlaqə saxlayıb. Xatırladaq ki, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) bir qrup üzvü 1995-ci ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilərək, ömürlük azadlıqdan məhrum ediliblər.

Famil Süleymanov saytımıza açıqlamasında Siyavuş Novruzovun dediklərini təqdirəlayiq addım adlandırıb.

“Belə fikirləri ictimailəşdirdiyi üçün Siyavuş Novruzova təşəkkür edirik. 1995-ci ilin mart hadisələrindən sonra həbsxanada cəmi 4 nəfər ömürlük qalıb. Sonradan həbs olunanların sayı isə 5 nəfərdir. Biz istəyirik ki, onların üzərindən ömürlük sözü götürülsün. Bizim istəyimiz budur. Ömürlük məhbuslardan 4 nəfər həbsxana müddətində dünyasını dəyişib. Həbsdən çıxanların sayı isə 30 nəfərə qədərdir. O vaxt 390 nəfər həbs olunmuşdu. Dövləti cinatətdə suçlanmış keçmiş OMON-çuların əksəriyyəti azadlıqdadır, bu gün ölkənin hər yerində yaşayanlar var. Hətta, işləmək üçün xaricə gedənlər də var. Bu gün onların hər biri harada olmaqlarından asılı olmayaraq mənimlə əlaqə saxlayır. O vaxtdan sonra onlar heç bir təhlükəli təşkilatlara qoşulmayıb.
Hazırda cəzaçəkmə müəssisələrində saxlanılan OMİN-çu ömürlüklər azadlığa çıxsalar əminəm ki, heç bir pis işlə məşğul olmayacaqlar. Hətta Elçin Əmiraslanov da öz işilə məşğul olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.