Növbədənkənar seçki nə zaman təyin edilə bilər - Qanun

6-02-2018, 12:47           
Növbədənkənar seçki nə zaman təyin edilə bilər - Qanun
Azərbaycanda Prezidentin növbədənkənar seçki təyinetmə hüququ Konstitusiyanın 100-cü maddəsində nəzərdə tutulur.

Axar.az xəbər verir ki, 2016-cı ilin sentyabrın 26-da Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumda qəbul ediən 29 dəyişiklikdən biri də 100-cü maddəyə aid idi. Konstitusiyanın 100-cü maddəsindən “Yaşı otuz beşdən aşağı olmayan” sözləri çıxarıldı və prezidentliyə namizədlikdə yaş senzi aradan qalxdı.

Azərbaycan Respublikası Prezident seçkilərinin əsasları ilə bağlı sözügedən maddənin I hissəsindəki “Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması” və "Azərbaycan Respublikasının prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” cümləsi də əlavə edildi. Bununla da Azərbaycan Prezidentinə növbədənkənar seçkilər təyinetmə səlahiyyəti verildi.

Beləliklə, Konstitusiyanın 100-cü maddəsinə əsasən, Prezident siyasi vəziyyəti nəzərə alaraq, növbədənkənar seçki təyinetmə hüququna malikdir.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru