Tillleson kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib

7-02-2018, 09:08           

ABŞ dövlət katibi Reks Tillerson narkotik vasitə olan kokainin istehsalını müzakirə etmək üçün Kolumbiyaya səfər edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.



“Dövlət katibi Tillerson Boqotada səfərdədir. Məqsəd kokain istehsalı ilə Kolumbiyanın apardığı mübarizəyə ABŞ-ın qoşulmasını müzakirə etməkdir”, - deyə Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert bildirib.



Tillerson həmçinin Venesueladan ABŞ-a miqrant axınının artdığını da müzakirə edib.



Qeyd edək ki, Kolumbiyada noyabrda ölkə tarixində ən iri kokain partiyası müsadirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru