Rusiya Dövlət Dumasının deputatı AZƏRBAYCAN SƏRHƏDİNİ POZDU...

7-02-2018, 23:08           
Rusiya Dövlət Dumasının deputatı AZƏRBAYCAN SƏRHƏDİNİ POZDU...
Rusiya ali qanunvericilik orqanının üzvü növbəti dəfə Azərbaycana qarşı ağır cinayət törədib.

Moderator.az xəbər verir ki, söhbət yenə də Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulindən gedir. Rusiya deputatı “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqda” qanununu pozaraq ölkəmizin işğal altındakı ərazilərinə daxil olub. O, separatçı-terorçu rejimin rəhbəri Bako Saakyanla “parlament rəhbəri” adlanan Aşot Qulyanla görüşüb. Bundan öncə K.Zatulin İrəvanda Ermənistanın prezidenti hesab edilən Serj Sərkisyanla da təmasda olub.

Özü də Rusiya parlamentarisinin səfəri haqda məlumat Rusiya Dumasının rəsmi saytında dərc edilib.
Xatırladaq ki, mütəmadi olaraq Ermənistan və Dağlıq Qarabağa səfərlər edən Rusiya Dumasının deputatı Konstantin Zatulin hələ 2010-cu ilin mayında Xankəndində qondarma rejimin saxta “parlament” seçkilərində də iştirak etmişdi.



P.S. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında belə deyib: “Mən prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi bir fikri xatırlatmaq istərdim: “Əgər bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı”. Hesab edirəm ki, bu fikir Azərbaycan-Rusiya münasibətlərinin kursunu göstərir”...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.