Avropa Parlamentinin vitse-prezidenti vəzifəsindən azad edildi - Təhqirə görə

8-02-2018, 00:09           

Polşanın iqtidar partiyası “PiS”dən olan avropalı deputat Rışard Çarnetski Avropa Parlamentinin vitse-prezidenti vəzifəsindən azad edilib. Bununla bağlı qərar Avropa parlamentariləri tərəfindən qəbul edilib. Səbəb Rışard Çarnetskinin həmkarı – Avropa parlamentinin Polşanın “Vətəndaş Platforması” partiyasından olan deputatı Roza Tunun ünvanına təhqiramiz sözlər söyləməsidir.

Qeyd edək ki, alman telekanallarının birində yayımlanan reportajda Roza Tun Polşadakı vəziyyəti tənqid edib. Rışard Çarnetski buna cavab olaraq Polşanın “niezależna.pl” portalına müsahibəsində deyib: “İkinci Dünya müharibəsi zamanı bizdə şmalçovniklər (yəhudiləri almanlara təslim etməklə hədələyib onlardan pul alanları təhqir edən söz) vardı, bu gün isə, təəssüf ki, bu ənənəyə uyğun gələn Roza Tun var”.

Rışard Çarnetskinin xələfinin Avropa Parlamentinin növbəti sessiyasında seçiləcəyi gözlənilir. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru