Gürcüstanda sirk işçiləri etiraz aksiyası keçiriblər

10-02-2018, 09:20           

Gürcüstan Sirk Nümayəndələri Birliyinin üzvləri hakimiyyət orqanlarına ölkənin məktəblərində ödənişli çıxışlar etməyə icazə vermələrini tələb ediblər. AzEuroNews.com xəbər verir ki, sirk işçiləri mövzu ilə bağlı Təhsil Nazirliyinin binası önündə etiraz aksiyası keçiriblər.

Etirazçılar bildiriblər ki, 2006-cı ildə şagirdlərə şou göstərmək qadağanından sonra sirk aktyorları əsas gəlir mənbələrini itiriblər.

Aksiya iştirakçıları təhsil naziri Mixail Çxenkeli ilə görüş tələb ediblər və onların tələbləri yerinə yetirilənə qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər. Aktyorlardan Georgi Makaridze aclıq aksiyası keçirib.



Aksiyada bildirilib ki, aktyorların vəziyyəti Tiflis sirk binasının satışından sonra pisləşib.

Aksiya iştirakçıları həm məktəblilər, həm də uşaq bağçalarında uşaqlar üçün proqram hazırladıqlarını qeyd ediblər. Bildirilib ki, bu şoular bir-iki saat ərzində sona çatır və biletin maksimum qiyməti 5 lari təşkil edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sirk nümayəndələrinin şou proqramı həyata keçirməyə razılıq vermək nazirlik departamentinin səlahiyyətində deyil.

Qeyd edək ki, Tiflis sirkinin binası 1939-cu ildə inşa olunub və xüsusi mülk kimi 2017-ci ilin payızında satışa çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.