Həmsədrlər öz ampluasında - Azərbaycanın suverenliyinə hörmətsizlik FOTO

10-02-2018, 19:47           

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Publika.az news.am-a istinadən xəbər verir ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kaspşik Xankəndində qondarma DQR rejiminin “prezidenti” Bako Saakyanla görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə edilib.

Qeyd edək ki, görüşün keçirildiyi salonda qondarma rejimin “bayrağının” asılması xüsusi diqqət çəkib. Həmsədrlərin separatçıların bayrağının salonda qoyulmasına heç bir etiraz etməməsi Minsk qrupunun missiyasına zidd addımdır.
Həmsədrlər öz ampluasında - Azərbaycanın suverenliyinə hörmətsizlik FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru