"Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki..."

12-02-2018, 08:50           
"Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki..."
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə budəfəki turist səfəri də başa çatdı. Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə oldular. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir. Ortaq bəyanatda vurğulayıblar ki, “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq”.

Gərginliyi ortadan qaldırmaq Sizin vəzifənizdir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca gərginlik əlbəttə ki, azalmayacaq. Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür, həmsədrlər ortaq bəyanatlarında “gərginlik azaldılmalıdır” deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda “İrəvan və Zəngəzuru geri qaytaracağıq” psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, "Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq", bu iddiaya qarşı da Azərbaycan prezidenti Dağlıq Qarabağla yanaşı Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır.

Elxan Şahinoğlu, politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.