Pentaqon Kaliniqraddakı «İsgəndər»lərə reaksiya verdi - «Sabitliyi pozur»

13-02-2018, 01:06           
Pentaqon Kaliniqraddakı «İsgəndər»lərə reaksiya verdi - «Sabitliyi pozur»
Pentaqonun nümayəndəsi Conni Maykl bəyan edib ki, Rusiya Kalininqrad vilayətində «İsgəndər» operativ-taktiki raket kompleksləri (OTRK) yerləşdirməklə, bölgədə sabitliyi pozur.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müafiə Nazirliyi (MN) mətbuat xidmətinin verdiyi məlumata görə, Vaşinqtonda yaxın məsafəli ballistik raketlərin hücum xarakterli olduğuna işarə edilir. Ştatların narahatlığına bu da səbəb olur ki, həmin raketlər NATO üzrə müttəfiqlrdən bir neçəsinin lap yaxınlığında yerləşdirilib.
Bununla eyni vaxtda, Maykl etiraf edir ki, «İsgəndər»lərin yerləşdirilməsi ABŞ və Rusiya arasındakı sazişi pozmur. Amma Pentaqon nümayəndsi onu da qeyd edir ki, bu raketlərin yerləşdirilməsi «Moskva və qonşu ölkələr arasında gərginliyin artmasına səbəb olur».
Litva hakimiyyəti fevralın 5-də bəyan edib ki, Rusiya Kalininqrad vilayətində «İskəndər» raketləri yerləşdirib. Vilnüsdə ehtiyatlanırlar ki, Moskva orada OTRK-ni daimi əsaslarla yerləşdirmək niyyətindədir. Bu zaman Litvanın Prezidenti bəyan edib ki, «İskəndr»lər təkcə Litvanı yox, eyni zamanda, Avropa ölkələrinin yarısını təhdid altına alır.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru