Ağ Ev: ABŞ və Rusiya prezidentləri qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər

13-02-2018, 08:44           
Ağ Ev: ABŞ və Rusiya prezidentləri qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər
ABŞ və Rusiya prezidentləri – Donald Trampla Vladimir Putin telefon danışığında qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

"Prezidentlər ümumi narahatlıq doğuran digər mövzuları müzakirə ediblər. Prezident Tramp Şimali Koreyanın nüvə silahından məhrum edilməsi istiqamətində gələcək addımların atılması zəruriliyini təsdiqləyib", - deyə mətbuat xidmətindən qeyd edilib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinlə Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru