İRANIN ERMƏNİSTANDAKI SƏFİRİNDƏN GÖZLƏNİLMƏZ BƏYANAT:“Avrasiya Birliyinə üzvlükdən xeyir görübsünüz?"

13-02-2018, 18:20           

Lragir.am (Ermənistan), 13.02.2018

İranın Ermənistan səfiri Seyid Kazım Səccadi dünən İrəvan dövlət universitetində İranşünaslıq Mərkəzinin açılışında diqqətçəkən bir sıra bəyanatlar verib.

Birincisi, səfir deyib ki, İran Ermənistana “əlverişli qiymətlərə” qaz satmağa hazırdır. O, qeyd edib ki, İran kommunikasiya bölməsində, xüsusən də Şimal-Cənub avtoyolu və Ermənistan-İran dəmiryoluna dair də addımlar atmağa hazırdır: "Siz öz hissəsnizi inşa edəcəksiniz, biz isə özümüzünkünü".

Səfir bildirib ki, lakin ən maraqlısı – Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyündən İran mənfəət görməyib:“Siz görübsünüzsə, deyin”.

Keçmiş səfirin ucuz qaz haqda açıqlamasını hesaba salmasaq – Ermənistanın keçmiş baş naziri bunu “diplomatik səhv” adlandırmışdı – iranlılar, adətən, bu qədər açıq mətnlə bəyanat vermirlər.

Energetika və kommunikasiya sistemindəki durum, doğrudan da, birmənalı deyil. Ermənistan Rusiya ilə şaxələndirməyə bütün cəhdləri məhv edən tam bir silsilə öhdəçilik sənədləri imzalayıb. Bu, Ermənistanın imkanlarını ifrat şəkildə məhdudlaşdırır, digər yandan, İran tərəfi də konkretlikdən yayınır. Deyək ki, Ermənistana qazı hansı qiymətə tədarük etməyə hazır olduğunu bildirmir. Yeri gəlmişkən, İran energetikasına sorumlu olanlar deyirlər ki, Ermənistana qazı Rusiyanınkından ucuz sata bilməzlər. Lakin burada məsələ Ermənistanın İran öz qərarını qəbul edərkən üzləşə biləcəyi suveren qərarlarındadır. Deyək ki, İran kommunikasiyaya və yaxud yekunda Rusiyanın mülkiyyətinə keçəcək obyektlərə yatırım qoya bilmir. Ancaq İranın artıq belə bir təcrübəsi var.

Beləliklə, Ermənistanla İran arasında, inamsızlıq adlandırmaq olmasa da, “birinci addım” rejiminə keçid adlandırmaq mümkün olan özünəməxsus durum yaranıb: Ermənistan birinci addımı İrandan gözləyir, İran isə Ermənistandan.

Faktiki olaraq, İran “AİB-ə körpü” ideyasıyla parazitlik etmək istəyinə işarə vuraraq, eyni zamanda, Ermənistan hökumətinin suveren qərar çıxarmaq və böyük layihələri həyata keçirmək bacarığını şübhə altına alır. İran isə fakltiki olaraq bu ideyadan vaz keçir.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.