Müxalifətin mitinqinə icazə verildi

9-03-2018, 10:58           
Müxalifətin mitinqinə icazə verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müxalifətin martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 10-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.

Milli Şura və Müsavat Partiyası martın 10-da “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

NİDA Vətəndaş Hərəkatı mitinqdə iştirak edəcəyini açıqlayıb.

REAL Hərəkatı isə mitinqdə təşkilatçı kimi iştirak etməyəcəyini, üzvlərinin isə sərbəst şəkildə iştirak edə biləcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru