Avropa Şurasının Parlament Assambleyasının məruzəçisi Tərtər rayonunda olub

28-08-2015, 10:08           

Avropa Şurasının Parlament Assambleyasının
məruzəçisi Tərtər rayonunda olub
Avropa Şurası Parlament Assambleyasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milisa Markoviçin Azərbaycanda faktaraşdırıcı səfəri çərçivəsində cəbhə bölgəsi olan Tərtər rayonunda görüşü keçirilmişdir. Səfər çərçivəsində rayona gələn nümayəndələri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılamışdır. Sonra görüş proqrama uyğun rayon icra hakimiyyəti başçısının otağında davam etdirilmişdir.
Görüşdə rayon rəhbəri aqrar rayon olan Tərtərin əkin sahələrinin suvarılması üçün əsas mənbəyin Sərsəng və Madagiz su anbarı olduğunu, lakin Sərsəng və Madagiz su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər və ətraf rayonların suvarma suyunun verilməməsi bu rayonların iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurduğunu qonaqların diqqətinə çatdırıb.
M.Məmmədov qeyd edib ki, "Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün su basma təhlükəsi yaradır, onların əhalisini daim qorxu və təşviş içində saxlayırlar. Suvarma dövründə isə sutka ərzində 2-4 saat su buraxılır ki, buda sahələrə çatmadan mənbədən kəsilir.
"Su anbarının subasma zonasında yerləşən Tərtər Bərdə sakinlərində, eləcədə Ağdərə, Tərtər, Bərdə, Zərdab və Ağdaş rayonlarının 130-dan çox yaşayış məntəqələrində məskunlaşmış 500 min nəfərə yaxın insan, ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır".
M.Markoviç səmimi qəbula görə təşəkkürünü bildirib, artıq ikinci dəfə Tərtər rayonuna səfər etdiyi diqqətə çatdırıb, həmçinin rayon sakinlərinin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olduğunu qeyd edib.
M.Markoviç toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə Parlamentin iclasında məruzə edəcəyini vurğulayıb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.