Federal Təhqiqatlar Bürosunun direktor müavini istefaya göndərilib

17-03-2018, 09:44           

ABŞ-ın ədliyyə naziri Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Makkeybi istefaya göndərib.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, E.Makkeyb 2016-cı il prezident seçkiləri ilə əlaqədar araşdırmalarda fəal iştirak edib. Eyni zamanda, o, dəfələrlə ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid olunub.



“Baş müfəttişin məruzəsi və nazirliyin yüksək vəzifəli şəxslərinin tövsiyələrinə əsaslanaraq bu gündən etibarən Endryu Makkeybin səlahiyyətlərinə xitam verirəm”, nazirin bəyanatında deyilir.



Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru