Jirinovski yenə "qatığladı":"İki raket bəsdir ki, Britaniyanı məhv edək"

17-03-2018, 13:02           
Jirinovski yenə "qatığladı":"İki raket bəsdir ki, Britaniyanı məhv edək"
İmkan vermək lazım deyil ki, kimsə bizə qarşı tərbiyəsizlik etsin.

teref.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Əgər bizə ultimatum verirlərsə, o zaman ali baş komandan, Baltik donanmasını Britaniya sahillərinə göndər. Bu gün bizi təhdid edirlər. Satqını kimsə zəhərləyib, amma günahkar Rusiyadır. Biz 150 milyonuq və onlar bizi bombardman etməklə, kiberhücumla, müharibəyə başlamaqla təhdid edirlər. Onların başı xarab olub. Zamanında Nikita Xruşşov deyirdi ki, SSRİ-yə iki raket kifayətdir ki, Britaniya adalarını Yer üzündən silsin” – deyə o bildirib./axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru