“ABŞ bir müddət Azərbaycana səfir göndərməyəcək – İLGİNC İDDİA

17-03-2018, 13:22           

“Ayın sonunda ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutanın səlahiyyət müddəti bitir. O, ölkəni tərk edəcək. Səfir bu 3 ildə passiv fəaliyyəti ilə yadda qaldı. Düzdür, ABŞ enerji sahəsində ölkəmizlə əməkdaşlıq edir və öz siyasi dəstəyini davam etdirir. Amma bu dəstək, ABŞ-ın iqtisadi və regional maraqlarından irəli gəlir”.

Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq qeyd edib ki, Sekuta səfir kimi fəaliyyətə başlayanda məlum idi ki, o, sələfilərindən fərqli olaraq, daxili siyasətə qarışmayacaq və sakit şəkildə öz missiyasını həyata keçirəcək:

“Artıq səfirin səlahiyyət müddəti ABŞ və Azərbaycan arasında yaşanan siyasi böhran fonunda bitir. Bəli, rəsmi Bakı haqlı olaraq Vaşinqtona Qarabağ separtçılarının başçısı Bako Saakyanın səfərinə görə nota verdi. Təbii ki, Robert Sekuta öz missiyası dövründə ABŞ – Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün əməli iş görmədi. Hesab edirəm ki, ABŞ Azərbaycana bir müddət səfir göndərməyəcək. Həm Rusiya, həm də ABŞ səfirinin Bakını tərk etməsi, Qarabağla bağlı Azərbaycana təzyiq siyasətindən qaynaqlanır. Moskva kimi Vaşinqton da Qarabağ danışıqlarında güzəşt etməsi üçün Azərbaycana təzyiq edir. Unutmayaq ki, ABŞ Qarabağı Azərbaycana qarşı tətbiq etdiyi "907-ci" düzəliş”də "Azad ərazi" kimi tanıyır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.