Saakaşvilinin aksiyası başlayır: Dəhşətli qorxu var...

18-03-2018, 10:41           

Mixail Saakaşvilinin tərəfdarları yenidən Poroşenkonun istefası tələbi ilə bu gün aksiya keçirəcək.

Axar.az xəbər verir ki, Ümumukrayna marşında həmçinin DİN rəhbəri Arsen Avakov və Baş prokuror Yuri Lutsenkonun istefası da tələb ediləcək.

Təşkilatçılar tərəfdarlarını Ukraynanın bütün əyalət mərkəzlərində yürüş keçirməyə çağırıblar. Yürüş yenə də Saakaşvili olmadan baş tutacaq. Belə ki. Saakaşvilinin Ukraynaya girişinə 2021-ci ilə qədər qadağa qoyulub.

Marş yerli vaxtla saat 12:00-da Kiyevin Müstəqillik meydanında başlayacaq.

Saakaşvili sosial şəbəkə hesabında hakimiyyətin paralel olaraq Kreşatikdə aksiya keçirəcəyi barədə 8 martda paylaşdığı məlumatı yenidən xatırladıb. Qeyd edib ki, sosial şəbəkədə daha ciddi qərar verilməsi üçün çağırışlar edilir:

“Mən dinc aksiyanın tərəfdarıyam. Kim daha nəticəli fəaliyyət istəyirsə, bu, onun öz seçimidir: bu seçimi başa düşür və ona uğurlar arzulayıram. Eyni zamanda xatırladıram ki, bizim mübarizə metodumuza mane olmayın, çünki hakimiyyət dəhşətli dərəcədə məhz dinc aksiyadan qorxur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.