Sabiq prezidentə ağır ittiham – Vətən xaini

18-03-2018, 21:59           

İranın Baş Prokurorluğunun sözçüsü Muhsin Ejei sabiq prezident Mahmud Əhmədinejatı ABŞ və İsrail ilə gizli danışıqlar aparmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, İranın “Entekhab” agentliyinin məlumatına görə M. Ejei sabiq prezidentin İsrail və ABŞ-la müəyyən məsələlərdə eyni mövqedə olduğunu duqqətə çatdırıb.

O, əlavə edib ki, Mahmud Əhmədinejat və komandasına qarşı irəli sürülən korrupsiya itthamı öz təsdiqini tapıb.

Qeyd edək ki, Əhmədinejatın köməkçisi Hamid Bakayi ittiham olunduğu korrupsiya cinayəti üzrə 15 il azadlıqdan məhrumetmə və 80 qırmanc cəzasına layiq görülüb.

Mahmud Əhmədinejat bütün ittihamları rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.