Putin Skripalın zəhərlənməsi barədə: "Seçkilər və DÇ öncəsi Rusiyada heç kəs bunu etməz"

19-03-2018, 08:24           

Rusiyanı Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripalın zəhərlənməsində əlinin olmasında günahlandırmaq cəfəngiyyatdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin seçki qərargahında jurnalistlərin sualına cavablandırarkən bildirib. Onun sözlərinə görə, prezident seçkiləri və futbol üzrə dünya çempionatı öncəsi heç kəs bunu etməyə cürət etməz.



"Fikrimcə, hər hansı dərrakəli insan anlayır ki, bu, tam cəfəngiyyat, nonsesndir. Kimsə Rusiyada prezident seçkiləri və futbol üzrə dünya çempionatı öncəsi bunu etməyə cürət etməz. Bu, mümkünsüzdür", - deyə Vladimir Putin bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.