ABŞ dövlər katibinin birinci müavini azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

20-03-2018, 09:39           
ABŞ dövlər katibinin birinci müavini azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
ABŞ dövlət katibinin birinci müavini Con Sallivan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.

Təbrikdə deyili: "Bu gün bütün dünyada milyonlarla insanlar, o cümlədən ABŞ-da, Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar bayram süfrəsi ətrafında toplaşırlar, bişirirlər, bayram edirlər, oynayırlar, oxuyurlar və vaxtlarını ailələri və dostları ilə keçirirlər".

Sallivan əlavə edib ki, Novruz - son hadisələrdən nəticə çıxarmaq vaxtıdır: "Nəhayət, Novruz - bizim gələcəyə ümidlərimiz haqqında düşünmək vaxtıdır. Qoy qarşıdan gələn il hamıya sülh, azadlıq və tərəqqi gətirsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru