Brüsseldə Britaniya Baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, görüşdə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi məsələsi və Rusiyaya qarşı addımların müzakirə edildiyini bildirib.
Britaniya Baş naziri Tereza Mey görüşdə artıq Skripalın zəhərləndiyi maddənin hərbi ekspertlər tərəfindən dəqiq müəyyən edildiyini, bunun "Noviçok" qrupundan zəhər olduğunu açıqlayıb. Hər 3 lider insidentə görə Rusiyanın məsuliyyət daşıdığını bir daha təsdiqləyib.
"Liderlər çox yaxında əlaqə qurmaq barədə razılığa gəliblər", - məlumatda qeyd edilir.