Saakaşvilidən İrəvana çağırış: İnqilabın bəhrəsi oğurlanır

26-04-2018, 12:47           

Ermənistan Rusiya ilə münasibətləri pozmadan reformlar keçirə bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Əsas məsələ xarici siyasi istiqamətdir. Bu, deklarasiya deyil, həyat tərzidir. Ukraynada hazırda sözdə antimoskva rejimi hökm sürür, amma həyat tərzi baxımından Ukrayna elitası Gürcüstan, Moldova və Ermənistan elitaları kimi Moskvanı yamsılayır. Tamamilə eyni rejimlər formalaşdırılır.

Nikol Paşinyanın artıq indidən Moskva ilə problemləri var. Erməni elitası indidən onu kənara atıb, inqilabın bəhrələrini oğurlamağa çalışır. Ukraynada bu bir neçə il çəkdi, burada isə artıq sabahkı gündən başlayıb”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru