“İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək” - Britaniyalı nazir

26-04-2018, 16:27           
“İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək” - Britaniyalı nazir
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Alan Dunkan dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, prezident İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək.

Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru