Səfirliyə hücum edildi - tüstü şaşkaları ATILDI

10-05-2018, 08:52           

Latviyanın Moskvadakı səfirliyinin binası hücuma məruz qalıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç "Tvitter”də yazıb.

"Bu axşam Latviyanın Moskvadakı səfirliyinə hücum olub, təcavüzkarlar saxlanılıb. Rusiyanın Xarici İşlər Nazirliyinə nota verəcəyik, diplomatik nümayəndəliyin təhlükəsizliyi və toxunulmazlığını tələb edəcəyik”, nazir yazıb.

Latviya XİN-in mətbuat katibi Qints Eqermanis LETA agentliyinə açıqlamasında bildirib ki, insident Moskva vaxtı ilə saat 17:30-da baş verib. Onun sözlərinə görə, bir neçə nəfər səfirliyin binasına tüstü şaşkaları və fişəng atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru