İrəvan hazırlıqlar görür: Paşinyan danışıqlara başlayır?

23-05-2018, 09:33           

Ermənistan hər zaman belə şoular göstərir.

Bu sözləri Axar.az-a Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağa səfərini şərh edən millət vəkili Asim Mollazadə deyib.

“Ermənistan hər zaman belə şoular göstərir. İşğal olunmuş ərazilərimiz Ermənistanın nəzarətindədir və bu prosesdə yeni hökumətin də iştirak etdiyini dünyaya nümayiş etdirmək üçün belə bir addım atıblar. Səfərin məqsədi həm də işğal olunmuş ərazidəki vəziyyətlə tanış olmaq idi”, - deputat bildirib.

Millət vəkili, politoloq Rasim Musabəyov isə vurğulayıb ki, Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfər etməkdə məqsədi Qarabağ ermənilərinin mövqeyini dəqiqləşdirmək idi:

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Görünür, Paşinyan və komandası hazırlıqlar görür. Baş nazirin ardınca Ermənistan XİN başçısının Qarabağa göndərilməsi İrəvan üçün zəruri idi”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan bir neçə gün öncə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edərək Xankəndində qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru