Şəhid atasından şəklinin yayılmasına ETİRAZ

23-05-2018, 18:29           
Şəhid atasından şəklinin yayılmasına ETİRAZ
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olmuş əsgər Adil Əli oğlu Tatarovun atası sosial şəbəkələrdə şəkillərinin yayılmasını istəmir.

Bu barədə Ağstafa rayonu Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli Modern.az saytına açıqlama verib. O bildirib ki, bu cür şəkillərin yayılması etik deyil:

“Biz üç gündür yas içindəyik. Dünən axşamdan internetdə şəhidin atasının şəkillərini görürük, kimlərləsə müqayisə edirlər. Başa düşmürəm, bunun məsələyə nə aidiyyatı var? Biz şəhidimizin ailəsinin dərdini çəkirik. Yığışdırsınlar belə şeyləri! Bütün Ağstafa rayonunun ağsaqqalları, ziyalıları adından xahiş edirəm ki, bu cür işlər olmasın. Ayıbdır, vallah. Şəhidin atası dünəndən özünə gələ bilmir ki, mən oğul itirmişəm, amma şəklimi sosial şəbəkələrdə paylaşırlar. Şəhid atasının üzü tüklü olar da! Onun belə şəklini “bu da şəhid atasının vəziyyəti” başlığı ilə yayımlamaq düzgün deyil.

Şəxsən mən bir ağsaqqal kimi xəcalət çəkirəm. Biz itirdiyimiz oğula ağlamalı və ölümlərin qarşısını almalıyıq. Əgər vətəni seviriksə, düşmənə qalib gəlmək istəyiriksə, belə şeylər etməməliyik. Bunlar əks təbliğatdır. Özüm də Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndindənəm. Şəhid atası da şəkillərinin paylaşılmasını qətiyyən istəmir. Dediyim kimi, bu cür hallar Ağstafa rayonu camaatına pis təsir edir və bu baxımdan hamıdan xahiş edirik ki, belə şeylər etməsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.