“Xankəndi aeroportu hərbi məqsədlər üçün istifadə olunur” - Rəsmi

23-05-2018, 22:59           
“Xankəndi aeroportu hərbi məqsədlər üçün istifadə olunur” - Rəsmi
Bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmisi açıq şəkildə bildirib...

“Xankəndi hava limanı hazırda hərbi məqsədlər üçün istifadə olunur və qrafikə uyğun olaraq fəaliyyət göstərir”.

Bu məlumatı çərşənbə axşamı Ermənistanın İctimai Radiosundakı açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan söyləyib.

A.Hovannisyan bildirib ki, Xankəndi hava limanı yaxşı vəziyyətdədir və Ermənistan, eləcə də işğal altındakı Azərbaycan torpaqlarında qondarılmış separatçı rejimin müdafiə imkanlarını təmin etmək kontekstində fəaliyyət göstərir.

Onun sözlərinə görə, mülki təyyarə səfərləri və ya turistlərin daşınması barədə danışmaq hələ çox erkəndir.

“Mülki daşınma mümkün olarsa, bu, Qarabağda cəlbedici turist-gəzinti istiqamətlərinin yaradılmasına imkan verəcək", - deyə Ovanisyan bildirib.(moderator.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru