ORTAQ QƏRAR VERİLDİ! - RUSİYAYA QARŞI HƏRƏKƏTƏ KEÇDİLƏR

24-05-2018, 20:18           

Danimarka ilə İsveç Rusiya təhdidinə qarşı ortaq hərəkət eləməyi qərara alıblar.

Danimarkanın müdafiə naziri ilə İsveçdən olan həmkarı arasındakı görüş zamanı Rusiyaya qarşı hava və dəniz sahələrini müşahidə altında saxlamaq məsələsində birgə hərəkət eləmək qərara alınıb.

Baltık dənizində hər iki ölkəyə qarşı təhdid yaradan Rusiya hava və dəniz qüvvələrinin qarşısını ala bilmək üçün, Danimarka ilə İsveç dəniz və hava məkanlarının istifadəsində bir-birinə sərbəstlik verəcəklər.

İsveçdə əhaliyə bildiriş paylanmışdı

200 il ərzində müharibə olmayan İsveçdə ötən günlərdə ailələrə müharibəyə hazırlıq tədbirlərindən bəhs edən broşüralar paylanmışdı. Son dövrdə ölkənin hava və dəniz sərhədləri Rusiya tərəfindən arabir pozulmaqdadır.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.