"Əvvəlki siyahıdan fərqlisini görəcəksiniz" - YAP-dan açıqlama gəldi

10-09-2015, 20:59           
"Əvvəlki siyahıdan fərqlisini görəcəksiniz" - YAP-dan açıqlama gəldi
Lap yaxın günlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək

Bu iclasda YAP-ın parlamentdə iştirak edəcək namizədlərinin siyahısı açıqlanacaq.

Bu sözləri Axar.az-a YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Hakim partiyanın mətbuat katibi qeyd edib ki, həmin iclasda namizədlərin kimliyi konkretləşdiriləcək. H.Paşayev vurğulayıb ki, YAP seçki qanunvericiliyinə və MSK-nın təqvim planına uyğun addımlar atır. Onun sözlərinə görə, siyahının açıqlanmasında heç bir gecikmə yoxdur.

YAP sözçüsü bildirib ki, namizədlər siyahısında fərqli adlar olacaq: “Həm gənclər, həm ziyalılar bir siyahıda yer alacaq. Əvvəlki siyahıdan fərqlisini görəcəksiniz. Çox yaxın günlərdə bu siyahı ictimaiyyətə açıqlanacaq. Partiya qanunun tələbləri ilə hərəkət edir”. H.Paşayev onu da deyib ki, YAP üzvü olmayan tanınmış, müstəqil ziyalıların namizəd olduğu dairələrdən partiya öz namizədini irəli sürməyəcək: “Partiya Azərbaycan cəmiyyətində xüsusi hörmətə malik, ölkənin ictimai-siyasi həyatında mühüm fəaliyyəti olmuş tanınmış ziyalılara qarşı hörmət əlaməti olaraq bu addımı atacaq. Eyni zamanda, həmin dairələrdən namizəd olmuş ziyalılara YAP tərəfindən dəstək də veriləcək”.

Parlament seçkiləri noyabrın 1-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.