BMT baş katibi Suriyada yaranmış vəziyyətdən narahat olduğunu bildirib

30-06-2018, 09:02           
BMT baş katibi Suriyada yaranmış vəziyyətdən narahat olduğunu bildirib
BMT baş katibi Antoniu Quttereş Suriyanın cənub-şərqindəki bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin açıqlamasında bildirilir.

Sənəddə qeyd edilir ki, baş katib həmin regionda yaranan vəziyyətdən narahatdır. Bundan əlavə, Quttereş tərəflərə Suriyanın cənub-qərbində Rusiya, ABŞ və İordaniya ilə imzalanmış, gərginliyin dayandırılması barədə razılaşmanı xatırladıb.

A.Quttereş həmçinin münaqişənin regiona humanitar yardımların çatdırılmasına maneə törətməsinə diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru