MKİ-nin sabiq başçısı Konqresdə dindiriləcək –Trampa görə

23-07-2018, 00:28           
MKİ-nin sabiq başçısı Konqresdə dindiriləcək –Trampa görə
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Con Brennan prezident Donald Trampla bağlı “son dərəcə qərəzli ifadəsinə görə” Konqresdə dindirilə bilər.

Bu haqda Konqresinin hüquq komitəsinin sədri Bob Qudlatt “Fox News” telekanalına müsahibəsində deyib.

Con Brennan Trampın ünvanına öz tənqidləri ilə məşhurdur. Məsələn, o, Rusiya prezidenti Vladimir Putinlə görüşündə Amerika liderinin davranışını “xəyanət” adlandırıb.

Brennan daha əvvəl bildirib ki, Rusiya Trampla bağlı dəlillərə malik ola bilər. Onun sözlərinə görə, Putinin bu dəlillərlə Trampı qorxutması istisna edilmir.

Tramp isə Con Brennanı “çox pis oğlan” adlandırıb/Publika.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru