BMT üzvlük haqlarının gecikdirilməsi ilə əlaqədar maliyyə problemləri ilə üzləşib

28-07-2018, 07:56           
BMT üzvlük haqlarının gecikdirilməsi ilə əlaqədar maliyyə problemləri ilə üzləşib
ABŞ daxil olmaqla BMT-yə üzv 81 ölkə üzvlük haqlarının büdcəyə ödənişini gecikdirir.



APA-nın xəbərinə görə, bu barədə BMT-nin yaydığı açıqlamada deyilir.



Məlumata əsasən, hazırda 112 ölkə tam həcmdə üzvlük haqqını ödəsə də, 81 ölkə hələ ki bunu etməyib. Borclular sırasında ABŞ, Misir, İran, Belarus, Səudiyyə Ərəbistanı, Tacikistan kimi ölkələrin adları çəkilir. Ümumilikdə, BMT-nin büdcəsinə 810 milyon ABŞ dollarının ödənişi ləngidilir.



“Birləşmiş Millətlər Təşkilatı ilk dəfədir ki üzvlük haqları ilə bağlı belə çətin vəziyyətlə üzləşir”, açıqlamada vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru