Dövlət Departamenti: Vaşinqton və Pxenyan demək olar ki, hər gün əlaqədədirlər

10-08-2018, 06:13           
Dövlət Departamenti: Vaşinqton və Pxenyan demək olar ki, hər gün əlaqədədirlər
ABŞ hakimiyyəti demək olar ki, hər gün Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ilə əlaqədədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert bildirib.

H.Nauert deyib: "Biz demək olar ki, hər gün və ya günaşırı əlaqə qururuq. Bu, telefon danışıqları, məlumat mübadiləsi və ya internetdə poçt yazışmaları ola bilər. Biz onların hökuməti ilə dialoqu davam etdiririk".

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.