İraq dollardan imtina etdi

10-08-2018, 06:34           
İraq dollardan imtina etdi
İraq hökumətinin rəsmi nümayəndəsi Saad əl-Hədisi bildirib ki, ölkə Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İranla hesablamalarda dollardan imtina etməyə hazırlaşır.

Onun sözlərinə görə, sanksiyalar hər şeydən əvvəl pul köçürmələri və ABŞ dolları ilə aparılan bank əməliyyatlarına təsir göstərəcək.

"Tərəflər dollardan istifadə etməyəcək", - deyə Əl-Hədisi bildirib.

Bununla yanaşı, o əlavə edib ki, Amerika valyutasından imtina ikitərəfli ticarətin azalmasına səbəb olacaq.

"İstənilən halda hökumət bununla bağlı yaranan bütün problemləri həll etməyə çalışacaq, İraq bazarına təsirin tarazlaşdırılması, həmçinin İran vətəndaşlarının maraqlarına ziyan dəyməsinə yol verməmək üçün müvafiq mexanizmlərin axtarışı ilə məşğul olacaq", - deyə həmsöhbət söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru